Belçika Kral Futbol Assosiasiyası (KBVB) yarımmüdafiəçi Kevin De Bruynenin milli komandadakı karyerasını erkən bitirəcəyindən ehtiyat edir.
QÜTB.AZ "Nieuwsblad"a istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun Fransa ilə Millətlər Liqasının 2-ci tur matçında (2:0) komanda yoldaşlaırnın çıxışından narazılığını ictimaiyyət qarşısında açıq şəkildən bildirməsindən sonra narahatlıq yaranıb.
Qeyd olunur ki, belçikalıların baş məşqçisi Domeniko Tedesko vəziyyəti düzəltmək niyyətindədir. O, “Mançester Siti”nin oyun təqvimi imkan verəcəyi halda, İngiltərədə De Bruyne ilə görüşməyi planlaşdırır. Ən pis halda onunla telefonla danışacaq.
Qutb