Avstraliyalı Tim Tszyunun amerikalı Sebastian Fundora ilə döyüş üçün alacağı qonorarın məbləği məlum olub.
Publika.az xəbər verir ki, dünya çempionu 10 milyon dollar qazanacaq. Bu ödəniş Avstraliya idmanı üçün rekord olacaq.
Əvvəlki rekord keçən il təxminən 6,5 milyon dollar qazanan qolfçu Kemeron Smitə məxsus idi.
Qeyd edək ki, Tszyu və Fundora arasında döyüş martın 31-i gecə ABŞ-ın Las-Veqas şəhərində baş tutacaq.