“Barselona” “Atletik Bilbao”nun vingeri Niko Uilyamsı transfer etmək üçün əvvəllər aldığı 100 milyon avroluq kreditdən istifadə etməli olacaq.
Publika.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Qeyd olunub ki, Kataloniya klubunun Uilyamsa görə 58 milyon avro təzminat ödəməyə maliyyə imkanları yoxdur. Öz növbəsində, “Atletik” hücumçu üçün transfer məbləğini bir neçə ödənişə bölmək istəmir.
Ötən mövsüm Uilyams klub və milli komandanın heyətində bütün yarışlarda 48 matçda iştirak edib, 10 qol vurub və 24 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.