28.04.24 | Bakı 27.03° C |
15:04:23
Lent :

Avro-2024-də bütün qrupların tərkibi müəyyənləşdi

11:00 27.03.2024
İDMAN
ads

Avro-2024-ün pley-off mərhələsinin finalından sonra turnirin bütün iştirakçıları dəqiqləşib.

Publika.az xəbər verir ki, turnirin seçmə mərhələdən müəyyənləşən və ev sahibi Almaniyadan ibarət 21 iştirakçı sırasında daha üçü əlavə olunub. Bu, Millətlər Liqasının pley-off yolunda baş tutan oyunlarından sonra reallaşıb.

Gürcüstan və Polşa penaltilər seriyasında müvafiq olaraq Yunanıstan və Uelsi məğlub edərək bu uğura nail olub. Ukrayna isə İslandiyanı 2:1 hesabı ilə üstləyərək qitə çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: Polşa, Niderland, Avstriya, Fransa

E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna

F qrupu: Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya

Heybət


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az