04.05.24 | Bakı 17.03° C |
11:05:57
Lent :

Yanan bazarda səhibkarla külli miqdarda ZİYAN DƏYDİ

22:00 20.04.2024
HADİSƏ
ads

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğında sahibkarlara külli miqdarda ziyan dəyib.

Publika.az xəbər verir ki, yanğında zərər çəkən sahibkarlardan biri Mətləb Aslanov “Report”a bildirib ki, 80 kvadratmetrlik ərazidə təxminən 70-80 min manatlıq malı yanıb.

“Yanğın qonşu sexdən başlayıb. Heç bir sığorta şirkəti bazarı sığortalamayıb. Dəfələrlə müraciət olsa da, riskli ərazi olduğuna görə sığorta edilməyib”, - sahibkar deyib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az