Rusiyanın Leninqrad vilayətində yerli sakin ərinin mumiyalanmış cəsədi ilə üç ildən çox bir evdə yaşayıb.
Publika.az xəbər verir ki, mumiyanın görüntüləri media tərəfindən əldə edilib.
Ailənin yaşayış şəraitini yoxlayan sosial işçilər ailə başçısının meyitini aşkar ediblər. Qadının daha əvvəl ərini öldürdüyü ehtimal edilir.
Mənbənin bildirdiyinə görə, 2020-ci ildə ailədə mübahisə zamanı kişi yerə yıxılaraq ölüb. Qadın böyük qızına bu haqda danışmağı qadağan edib, əks halda onu uşaq evinə göndərəcəyi ilə hədələyib. Qadın ərinin cəsədini ədyala bükərək eyni çarpayıda yatmağa davam edib.
Qeyd olunur ki, 4 uşaq anası psixoloji problemlərdən əziyyət çəkirmiş.
Cəmilə