Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, Hövsan qəsəbəsində avtomobil yolu keçən 1972-ci il təvəllüdlü Qulamova Təranə Xankişi qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, T. Qulamova hadisə baş verən zaman sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun