06.05.24 | Bakı 15.03° C |
11:05:13
Lent :

Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi

19:00 24.04.2024
HADİSƏ
ads

Heydər Əliyev Beynəlxalq Aeroportunda "Air France" aviaşirkətinə məxsus təyyarənin qəza enişi etməsi səbəbindən həyəcan siqnalı elan edilib.

Bu barədə Publika.az aeroportun mətbuat xidmətinə istinadən xəbər verir.

Osaka-Paris marşrutu ilə hərəkət edən "Boeing 777" hava gəmisi göyərtəsindəki yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.

"Aeroportda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib. “Air France” aviadaşıyıcısının təyyarəsi Bakı vaxtı ilə saat 16:37-də uğurla eniş edib.

Təyyarədə olan 280 sərnişin dərhal təxliyə edilib, insident nəticəsində xəsarət alan olmayıb", - məlumatda deyilir.

Bildirilir ki, hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az