Avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib.
Baş Prokurorluqdan verilən məlumata görə, faktla bağlı Ordubad rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Milli.Az