01.09.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

Zaxarova Paşinyanın iddiasına cavab verdi

29 avq 2025 18:04
GÜNDƏM
ads
Advertisement

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Paşinyanın “9 noyabr 9 noyabrda qaldı” sözlərini şərh edib.

Qutb.az xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Paşinyanın dediyinin əksinə olaraq 2020-2022-ci illərin üçtərəfli razılaşmaları qüvvədə qalır.

“Onun danışdığı üsluba deyil, faktlara münasibət bildirək. Faktlar indiki sənədlərdir. Mən eşitməmişəm ki, kimsə onlardan imtina edib, ya da rədd edib", - Zaxarova vurğulayıb.

O, misal olaraq deyib ki, indi hamı 1990-cı illərin sənədlərinə istinad edir. “Onlar da keçmişdəndir, amma hamı onlara istinad edir”.

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü bildirib. Ötən gün brifinqdə bu məsələyə toxunan Baş nazir deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur