26.04.24 | Bakı 13.03° C |
06:04:53
Lent :

Yararlı avtobus yoxsa yağışlı avtobus?

18:32 16.11.2022
GÜNDƏM
Özəl
ads

Müntəzəm marşrut avtobuslarından istifadə edən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir.

Qutb.aza daxil olan məlumata görə, 139 nömrəli marşurut xətti üzrə hərəkət edən 10TE 410 DQN-lı avtobusun tavanı deşilmişdir. Havaların yağışlı keçməsinə görə,avtobusa su girmiş sərnişinlər islanmışdır.

Yaranmış problemlə bağlı Bakı Nəqliyyat Agentliyinin sözcüsü Mais Ağayevin Qutb.azın sorğusuna cavab olaraq, problemin nəzarətə götürüldüyünüvə qısa müddətdə aradan qaldırılacağını bildirdi.

Mais Ağayev

"Müntəzəm sərnişindaşımalara cəlb edilən avtobusların vəziyyəti ilə bağlı davamlı olaraq monitorinqlər aparılır. Sərnişindaşımaların rahat və təhlükəsiz təşkili baxımından çatışmazlıq aşkarlandıqda aradan qalıdırılması üçün müvafiq addımlar atılır, bu barədə daşıyıcı qarşısında tapşırıqlar qoyulur. Eləcə də vətəndaşlar tərəfindən də bu məsələdə daxil olan müraciətlər diqqətdə saxlanılır. 139 nömrəli xətt üzrə avtobusda rastlaşdığınız halla bağlı daşıyıcı şirkət Grand Bus MMC-ilə əlaqə saxlanılıb artıq və qısa vaxtda problemin aradan qaldırılması ilə bağlı tapşırıq verilib. Ümumilikdə hər bir daşıyıcı balansında olan avtobusların texniki baxımdan saz vəziyyətdə olmasına görə məsuliyyət daşıyır."


TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
18:24 | 16.11.2022
@Sadıq
Vay vay
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az