04.05.24 | Bakı 17.03° C |
13:05:29
Lent :

Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA

06:00 25.04.2024
GÜNDƏM
ads

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bəzi səlahiyyətlilər tərəfindən 1915-ci il hadisələri ilə bağlı “bəzi radikal dairələri razı salmaq” məqsədi ilə səsləndirilən birtərəfli bəyanatları rədd etdiklərini bildirib.

Publika.az xəbər verir ki, nazirlik 1915-ci il hadisələri ilə bağlı bəzi ölkələrin səlahiyyətlilərinin verdiyi bəyanatlara dair yazılı açıqlama verib.

“Bəzi radikal dairələri razı salmaq üçün 1915-ci il hadisələri ilə bağlı verilən birtərəfli bəyanatları rədd edirik. Tarixi faktları təhrif edən bu bəyanatlar həm də beynəlxalq hüquqa ziddir. Avropa İnsan Hüquqları Məhkəməsi 1915-ci il hadisələrinin qanuni müzakirə mövzusu olduğunu açıq şəkildə qeyd edib.

Tarixlə bağlı bu qərəzli və birtərəfli bəyanatlar iki cəmiyyət arasında barışıq səylərinə zərər vurmaqla yanaşı, həm də nifrət cinayətləri törətməyə meyilli radikal qrupları da təşviq edir. Bütün tərəfləri Birgə Tarix Komissiyasının yaradılması təklifimizi və Ermənistanla başladılan normallaşma prosesini dəstəkləməyə çağırırıq”, - deyə açıqlamada bildirilib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az