06.05.24 | Bakı 13.03° C |
06:05:28
Lent :

Tasmaqambetovdan MESAJ: "İrəvan fəaliyyətini sondursa da, KTMT tam şəkildə..."

04:00 24.04.2024
GÜNDƏM
ads

Ermənistan hakimiyyətinin KTMT-də qalmaq və ya təşkilatdan çıxmaq seçimi ölkənin suveren seçimidir.

Publika.az xəbər verir ki, vu barədə “İzvestiya” qəzeti KTMT-nin baş katibi İmanqali Tasmaqambetova istinadən məlumat yayıb.

O qeyd edib ki, təşkilata üzv olan bütün dövlətlər xarici oyunçularla qarşılıqlı əlaqədə çoxvektorlu siyasətə riayət edirlər.

Tasmaqambetov əlavə edib ki, İrəvanın təşkilatın işində iştirakını məhdudlaşdırmaq qərarına baxmayaraq, KTMT Ermənistan qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməkdə davam edir.

Xatırladaq ki, martın 12-də Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, təşkilat Ermənistanın qaldırdığı suallara cavab verməsə, İrəvan KTMT-dən çıxacaq. Müzakirə məhz bu strukturun Ermənistan ərazisindəki məsuliyyət zonası mövzusu ətrafında olub. Onun sözlərinə görə, İrəvanın müqavilə çərçivəsində fəaliyyətinin dondurulması siyasi qərardır.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Moskva Ermənistan rəhbərliyinin KTMT-yə qarşı “əks-məhsuldar”, “ultimatum” və “bəzən təhqiredici” ritorikasından təşvişə düşüb.

Diplomat həmçinin bildirib ki, Moskva Ermənistanı Qərb ölkələrinin respublikaya tətbiq etdiyi anti-Rusiya kursu ilə bağlı risklər barədə xəbərdar edib.

Hüseyn İbadlı


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az