36 yaşlı erməni Qiyom Kasbaryan Fransanın mənzil-tikinti naziri olub.
Publika.az xəbər verir ki, bu barədə “Le Figaro”məlumat yayıb.
Müvafiq qərarı yeni baş nazir Qabriel Attal imzalayıb.
Kasbaryan nazirlər kabinetinə keçməzdən əvvəl parlamentin üzvü olub.
O, anti-Azərbaycan fəaliyyəti ilə tanınıb, separatizmə dəstək verib, Fransanın Dağlıq Qarabağın müstəqilliyini tanımasının tərəfdarı olub.