29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Cavanşir onları “yıxıb-sürüdü”: Kim olursa, olsun..."

24 yan 2024 07:00
GÜNDƏM
ads
Advertisement

“Konservatoriyada dərs demirəm. Amma iradımı muğam ifaçılarına bildirməliyəm. Yaşlı sənətkarımız ədəbi dilə diqqət etməlidir. Muğamları regionlara bölüblər. Bu, Şirvan, bu, Naxçıvan, bu, cənub, bu, filan tərəfdir. Muğamı ədəbi dillə oxumaq lazımdır”.

Publika.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.

Sənətkar ləhcə ilə muğam oxuyan xanəndələri sərt şəkildə tənqid edib:

“Sən deyirsən ki, “Eşqin, məhəbbətin düşüb canıma... Qara göz yaşını, sil “qadoooy” alım”. O zaman sən ədəbiyyat dərsindən “2” almalı idin. Gedək jurnala baxaq, görək, sən ədəbiyyatdan neçə almısan? “Qadoooy” alım nə deməkdir? Mənim cəsarətim çatı, ad çəkməyə, sadəcə dostlarımdır. Hər şey etmək olar. Ona görə insanı “tutmurlar”. Amma “tutmaq” olar. Məsələn, 5 kiloqram yağ alırsan, 200 qramını sənə əskik verirlər. Bunu etdiyinə görə isə sənə 2 il iş verirlər. Sən mənim ədəbiyyat dilimi niyə düzgün təhvil vermirsən? Kim olursa, olsun, mənə heç bir fərqi yoxdur. Mən Azərbaycan musiqisinə xidmət edirəm. Sən bu mahnıları beş dəfə belə oxusan səni bağışlamaram”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur