02.09.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Sadiq üçün Torontoda yas mərasimi təşkil edildi

29 avq 2025 12:02
GÜNDƏM
ads
Advertisement

Ötən ay Kanadanın Toronto şəhərində vəfat edən Vətən müharibəsi iştirakçısı Sadiq Adıgözəlzadənin cənazəsinin Azərbaycana gətirilməsində Diasporla İş üzrə Dövlət Komitəsi xüsusi rol oynayıb. Komitə, həmçinin Kanadada keçirilən yas mərasimlərinin bütün xərclərini qarşılayıb.

Qutb.az xəbər verir ki, bu barədə Kanadadakı Azərbaycan Evi rəsmi paylaşım edib.

Toronto şəhərində keçirilən vida mərasimində 450-500 nəfərədək soydaşımız iştirak edib. Azərbaycan Evi və Gənclər Birliyi (YUAC) təşkilati işləri öz üzərinə götürüb, bu prosesdə Sultanhüseyn Qasımzadə və Nicat Nəcəfovun da fəallığı qeyd olunub.

Azərbaycan Evinin açıqlamasında bildirilib ki, bu dəstək yalnız mərhumun ailəsi üçün deyil, bütün diaspor üzvləri üçün böyük bir mənəvi dayaq kimi qiymətləndirilir.

“Bir daha Komitənin rəhbərliyinə və əməkdaşlarına səmimi təşəkkürümüzü bildiririk. Allah mərhuma rəhmət eləsin, ruhu şad olsun”, – deyə paylaşımda qeyd olunub.

Sadiq Adıgözəlzadə 44 günlük Vətən müharibəsi dövründə könüllü olaraq Kanadadan Azərbaycana gələrək döyüşlərdə iştirak etmişdi.

1458013

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur