Rusiyanın "Домашний" kanalının sifarışi ilə "Абрикосовая горечь"- “Ərik açısı” serialında çəkilən azərbaycanlı aktyor Rüstəm Cəbrayılov layihənin ilk görüntülərini izləyiciləri ilə bölüşüb.
Publika.az xəbər verir ki, “GP Sinema” şirkətinin istehsalı olan serial fevralın 19-da saat 20:00-da nümayiş olunacaq. Bu barədə 38 yaşlı məşhur özü sosial mediada məlumat yayıb.
Aleksandr Moxovun rejissorluğu ilə lentə alınan ekran işində Polina Davydova, Svetlana Nikiforova, Hüsniyyə Mürvətova, Anton Buqlak, Viktor Rıbçinski, Fuad Şabanov, Mixail Qrişeçkin, Boqdan Lazukin, Olqa Livputs və başqaları çəkilir.