06.05.24 | Bakı 14.03° C |
01:05:21
Lent :

Rusiyanın bu regionları birləşdiriləcək: Səbəb odur ki...

12:00 24.04.2024
GÜNDƏM
ads

Rusiyanın bəzi bölgələrini genişləndirmək lazımdır, lakin bu, özlüyündə bir məqsəd deyil, səmərəlilik məsələsidir.

Publika.az xəbər verir ki, bu sözləri RİA Novosti agentliyinə müsahibəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyib. Parlamentin yuxarı palatasının spikeri əlavə edib ki, belə qərarlar yalnız təhlil edildikdən və yerli sakinlərin rəyi nəzərə alındıqdan sonra qəbul edilməlidir.

“Ekspertlər səviyyəsində konsolidasiya mövzusu daim müzakirə olunur”, - Matvienko əlavə edib.

"Mənim fikrimcə, regionların konsolidasiyası özlüyündə məqsəd deyil, bu, ölkəmizin səmərəliliyi məsələsidir, lakin qərarlar yalnız iqtisadi və elmi əsaslandırmadan sonra qəbul edilməlidir", - Federasiya Şurasının sədri qeyd edib.

O, həmçinin qeyd edib ki, elmi araşdırmaların nəticələri göstərir ki, müəyyən əhali sayından aşağı olan region iqtisadi cəhətdən səmərəsizdir.

“Əgər orada bütün əmək ehtiyatları dövlət işçiləri, hüquq-mühafizə orqanları, regional və federal səviyyədə məmurlardırsa, deməli, inkişaf üçün əmək ehtiyatları yoxdur. Bu da nəzərə alınmalıdır”, - deyən Matvienko vurğulayıb.

Tural


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az