29.04.24 | Bakı 21.03° C |
10:04:45
Lent :

Rusiyadakı hadisələrin Azərbaycanda da olmasını istəyənlər var

13:00 29.03.2024
GÜNDƏM
ads

Dünyada son dövrlər təhlükəsizlik bir nömrəli məsələyə çevrilib. 11 sentyabr hadisələri dövründə Corc Buşun bir çıxışı var idi ki, ABŞ birinci yerə vətəndaşının təhlükəsizlik məsələsini çıxarır, media azadlığı, söz azadlığı və bu kimi digər məsələlərdən geri çəkilir.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bir ölkə öz vətəndaşının təhlükəsizlik məsələsini təmin edə bilmirsə, onun digər heç bir hüququnu təmin edə bilməz:

“44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ərazisində sosial xarakterli fövqəladə vəziyyət yaratmağa cəhd göstərsələr də, hüquq-mühafizə orqanları Prezidentin rəhbərliyi ilə bunun qarşısını aldı. İkincisi, Azərbaycanı müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar. Bunun da qarşısı alındı. Bu onun göstəricisidir ki, dünyanın mötəbər tədbirləri Azərbaycanda keçirilir. COP29 kimi tədbirin Azərbaycanda keçirilməsi ölkəmizdə olan demokratiyanın, söz, mətbuat azadlığının göstəricisidir. Bunu gözü götürməyən qüvvələr isə çoxdur. Hətta bəzi partiya sədrləri, blogerlər var, deyirlər ki, dünyanın müxtəlif yerlərində, Rusiyadakı hadisələr kaş Azərbaycanda baş verəydi. Onlar vətəndaşları düşünmür, öz mənafelərini güdürlər”.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    21.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az