06.05.24 | Bakı 13.03° C |
08:05:09
Lent :

Rusiyada YENİ HƏBSLƏR

05:00 24.04.2024
GÜNDƏM
ads

Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur İvanovla eyni vaxtda rüşvət almaqda şübhəli bilinən, pul köçürmələrində iştirak edən daha bir neçə nəfər saxlanılıb.

Publia.az xəbər verir ki, bu barədə “İzvestiya”yanın mənbəsi məlumat verib.

O bildrib ki, iş Müdafiə Nazirliyinin tikinti müqavilələrinin icrası ilə bağlı ola bilər.

"Kommersant" yazır ki, Timur İvanov FTX əməkdaşları tərəfindən saxlanılıb, sonra o, İstintaq Komitəsinin mərkəzi ofisindən müstəntiqlərə təhvil verilib.

O , xüsusilə külli miqdarda (290-cı maddənin 6-cı hissəsi; xüsusilə külli miqdarda - 1 milyon rubldan) rüşvət almaqda şübhəli bilinir. Bu maddə üzrə maksimum cəza 15 il həbsdir.

Xatırladaq ki, Timur İvanov 2016-cı ilin mayında müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib və əmlakın idarə edilməsinin təşkili, qoşunların kvartallaşdırılması, mənzil-məişət və tibbi təminat, o cümlədən Müdafiə Nazirliyinin obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmirinə cavabdeh olub.

“Kommersant”ın xəbərinə görə, Uvanov aprelin 24-də müvəqqəti saxlama təcridxanasına aparılıb, istintaq onun həbsi üçün məhkəməyə müraciət edəcək.

Hüseyn İbadlı


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az