29.04.24 | Bakı 17.03° C |
00:04:46
Lent :

Rusiya bu həftə Paşinyanı devirəcək

10:00 29.03.2024
GÜNDƏM
ads

“Rusiyanın 2024-cü ildə Ermənistanla bağlı əsas hədəfi hakimiyyət çevrilişi etmək və öz komandasını iqtidara gətirməkdir”.

Publika.az
xəbər verir ki, bu barədə erməni politoloq Edqar Arakelyan deyib.

Onun iddiasına görə, Rusiyanın Ermənistanda hakimiyyətə qarşı addımları qarşıdakı bir həftə ərzində aktivləşəcək.

Erməni politoloq bunu aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü ilə əlaqələndirir. Bu görüşdə Ermənistanın “təhlükəsizliyi” adı altında hərbi paktın imzalanması gözlənilir. Ehtimal edilir ki, belə bir paktın imzalanmasından sonra Ermənistan hakimiyyəti Rusiya hərbi kontingentini ölkədən çıxarmaq istiqamətində praktiki addımlar atacaq. Artıq Rusiyadan bu görüşlə bağlı mənfi reaksiya verilib.

Edqar Arakelyan iddia edir ki, 5 aprel görüşündən öncə və sonra Rusiya Ermənistan hakimiyyətinə qarşı sərt addımlar atacaq.

“Rusiya nəyin bahasına olursa olsun, Ermənistanda hakimiyyət çevrilişi etməyi planlaşdırır. Yeni qüvvələr gələcək və onlar Qərbi rədd edərək, Rusiya orbitinə qayıdacaqlar”, - o deyib.

Asif


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az