05.05.24 | Bakı 19.03° C |
17:05:43
Lent :

Rusiya bu əcnəbilərə vəd verdi – Ekstradisiya olunmayacaqsız!

16:00 24.04.2024
GÜNDƏM
ads

Ukraynada müharibədə iştiraka görə təqibə məruz qalan əcnəbilərin başqa ölkələrə ekstradisiyasını qadağan edən qanun layihəsi yaxın vaxtlarda Dövlət Dumasına təqdim olunacaq.

Publika.az xəbər verir ki, bu barədə sənədin qəbulunun təşəbbüskarı, Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn öz Teleqram kanalında məlumat verib.

“Biz Dövlət Dumasına əvvəllər elan etdiyimiz qanun layihəsini təqdim edəcəyik ki, xarici veteranların xüsusi əməliyyatda iştirakına görə təqib olunma təhlükəsi varsa, başqa ölkələrə ekstradisiyasını qadağan etsin”, - o qeyd edib.

Xinşteynin sözlərinə görə, bu, yaxın vaxtlarda həyata keçiriləcək.

Bundan əvvəl o, xarici müqaviləli işçilər üçün vətəndaşlıq fərmanının vacibliyini bildirmişdi.

Yanvarın əvvəlində prezident Vladimir Putin bəzi əcnəbilərin və onların ailə üzvlərinin Rusiya vətəndaşlığına sadələşdirilmiş qaydada qəbul edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, “xüsusi əməliyyat” zamanı Rusiya Silahlı Qüvvələri ilə bir il müddətinə müqavilə bağlamış xarici vətəndaşlar sadələşdirilmiş qaydada Rusiya pasportunu ala biləcəklər.

Akqabay


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az