Alimlər bahalı süni dəriyə ehtiyac olmadan robotları toxunma hissi ilə təmin edə biliblər.
QÜTB.AZ xəbər verir ki, alman Aerokosmik Mərkəzindən bir qrup bununla bağlı tədqiqat aparıb.
Tədqiqat çərçivəsində robota xaricdən tətbiq olunan qüvvə və təzyiqi dəqiq müəyyən etmək üçün süni intellektdən istifadə edilib.
Tədqiqatçılar bildiriblər ki, bu, ənənəvi üsullardan intuitiv hisslərə keçidə imkan verəcək:
“Biz robota ətraf mühiti həssaslıqla hiss etmək və insanın onun səthinə toxunuşlarını dəqiq müəyyən etmək imkanı verdik".
Roza