29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Qızdırma, baş ağrısı, ürəkbulanma... - Əhali arasında sürətlə yayılan virus hansıdır?

14 sen 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Son günlər əhali arasında qızdırma, boğaz və baş ağrısı, ürəkbulanma kimi əlamətləri olan xəstəlik yayılıb.

Xəstəliyin simptomları eyni olsa da, sağalma müddəti yoluxan şəxslərdə fərqlilik göstərir.

Bəs əhali arasında sürətlə yayılan virus hansıdır?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayarkən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev qeyd edib ki, payız mövsümündə respirator infeksiyalar özünü daha çox büruzə verir.

"Respirator infeksiyalara viruslar səbəb olur. Bu viruslara qrip, koronavirus və başqaları aiddir. Sözügedən viruslar özünü qızdırma, yorğunluq, boğaz ağrısı kimi əlamətlərlə göstərir.

Bu əlamətlərə görə xəstəliyi müəyyən etmək mümkün deyil. Çünki bu əlamətlər bütün viruslarda görülə bilər. Yenə də simptomatik müalicə ilkin olaraq kifayət edəcək. Qızdırma və halsızlığın olması hazırda dünyada yayılan meymunçiçəyi virusunda da görünür.

Sadəcə meymunçiçəyi virusunda əsas əlamət bədəndə olan səpkilərdir. Bu respirator virusları meymunçiçəyindən ayıran başlıca əlamətdir. Sadəcə olaraq xəstəliyin ilkin, qızdırmalı dövründə bunu ayırd etmək mümkün deyil. Çünki meymunçiçəyində qızdırma başladıqdan bir neçə gün sonra səpkilər əmələ gəlir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Hər bir halda sadalanan əlamətlərə malik şəxslər 2-3 gün sonra həkim müayinəsində olmalıdır. Xəstəliyin fəsadlarının qarşısı vaxtında alınmalıdır", - deyə o bildirib.

Qeyd edək ki, meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur.

Həmçinin, TƏBİB bu günə qədər tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinmədiyini açıqlayıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur