Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada türkiyəli həmkarı Burak Akçapar ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Diplomatlar Ukraynadakı münaqişəni, o cümlədən onun siyasi və diplomatik həlli perspektivlərini müzakirə ediblər.
Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin vacibliyini vurğulayıblar.