"OpenAI" ən güclü modeli olan "GPT-4o"nun sadələşdirilmiş və daha əlçatan versiyası olan yeni dil modelini, "GPT-4o Mini"ni təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
İstifadəsi daha ucuz olsa da, "GPT-4o Mini" GPT-3.5-dən üstündür.
"OpenAI" dil modellərindən istifadə edərək proqramların hazırlanması bahalı ola bilər və bir çox tərtibatçı "Google"un "Gemini 1.5 Flash" və ya "Anthropic"in "Claude 3 Haiku" kimi daha sərfəli alternativlərin xeyrinə onlardan imtina edə bilər. Bununla belə, "GPT-4o Mini"nin istifadəyə verilməsi bu bazar seqmentini daha rəqabətli edir.
Hüseyn İbadlı