29.04.24 | Bakı 15.03° C |
03:04:27
Lent :

Nazirlik ictimai-iaşə obyektlərinin sahiblərinə xəbərdarlıq etdi

13:00 29.03.2024
GÜNDƏM
ads

Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı havaya normadan artıq tullantı atıldığı müəyyən olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən xəbərə görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, bir sıra ictimai-iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, onlara vaxtaşırı xidmət göstərilmir, filtrlər dəyişdirilmir, buna görə də havaya normadan artıq tullantı atılır.

“Restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edirik ki, Ramazan ayında toyların olmamasını bir imkan kimi dəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər”.

Xidmət rəisi əks halda qanun pozucularına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən qanunamüvafiq tədbirlər görüləcəyini bildirib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az