15.05.24 | Bakı 13.03° C |
08:05:21
Lent :

Navalnının ölümündə Putinin əli var?

11:00 29.04.2024
GÜNDƏM
ads

Amerika kəşfiyyat orqanları Vladimir Putinin fevralda rusiyalı dissident Aleksey Navalnının ölümünə birbaşa göstəriş vermədiyinə inanır.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşr bu nəticənin Qərbin digər kəşfiyyat xidmətləri tərəfindən ehtiyatla qarşılandığını və Navalnının çevrəsində müzakirə edildiyini iddia edir.

Rusiya müxalifətinin üzvü Leonid Volkov WSJ-yə açıqlamasında ABŞ-ın bu yanaşmasının “sadəlövh” olduğunu bildirib. O, Vladimir Putinin bundan xəbəri olmadığını iddia edənlərin “Rusiyanın bu gün necə fəaliyyət göstərdiyinə dair heç nə başa düşmədiklərini” deyib.

ABŞ agentlikləri öz qənaətlərini həm məxfi kəşfiyyat məlumatları, həm də ictimaiyyətə açıq olan məlumatların təhlili əsasında əsaslandırıblar ki, bu da Aleksey Navalnının Arktikada təcrid olunmuş həbsxanada ölüm şəraiti ilə bağlı yeni suallar doğurur.

Qeyd edək ki, Qərb ölkələri, o cümlədən ABŞ Navalnının ölümündə Rusiya prezidentinin məsuliyyət daşıdığını düşünür. Rusiya hakimiyyəti Navalnının təbii səbəblərdən öldüyünü iddia etsə də, onun yaxınları hakimiyyəti qətldə ittiham edir.

Roza Şəfiyeva


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az