06.05.24 | Bakı 13.03° C |
06:05:50
Lent :

Laçında 30 ölkədən olan xarici ekspertlərin iştirakı ilə konfrans keçirilir

14:00 24.04.2024
GÜNDƏM
ads

Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində 30 ölkədən xarici ekspertlərin iştirakı ilə konfrans keçirilir.

Publika.az xəbər verir ki, tədbir iştirakçıları birinci panel çərçivəsində Azərbaycanın Qarabağ regionunun dayanıqlı inkişafı məsələlərini müzakirə edəcəklər.

Qonaqlara Laçın şəhərində aparılan quruculuq və bərpa işlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev iştirak edir.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az