28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Kosmosda kəşfiyyat müharibəsi: Kim kimi izləyir?

08 yan 2024 06:00
GÜNDƏM
ads
Advertisement

Hərbi mənbələrdən verilən məlumata görə, kosmosda olan hər kəs bir-birinə qarşı casusluq etməyə və kəşfiyyat aparmağa başlayıb. NATO peykləri Rusiyanı, Rusiya kəşfiyyat peykləri NATO-nu, Çinin müşahidə balonları ABŞ-ı, ABŞ peykləri Çinlə yanaşı Fransanı da müşahidə edir. Məqsəd rəqəmsal məlumatları əldə etməkdir.

Publika.az xəbər verir ki, kosmosda olan ABŞ kəşfiyyatı öz peyki ilə Fransa hərbi peyklərindən kəşfiyyat məlumatlarını oğurlayır. Mənbələrdən əldə edilən məlumata görə, 24 sentyabr 2022-ci ildə Kaliforniya əyalətindəki Vandenberq Kosmik Qüvvələri bazasından kosmosa göndərilən peykin son həftələrdə Fransanın hərbi peyklərinə qarşı kəşfiyyat missiyası yerinə yetirdiyi iddia edilir. Kəşfiyyat və hərbi mənbələrin məlumatına görə, kosmosda hamı bir-birini izləyir.

Hansı məlumatlar oğurlanır?

Hərbi və kəşfiyyat mənbələrinə görə, ABŞ ordusunun “ən məxfi layihəsi” adlandırılan Nemesis peyki kağız üzərində “Milli Kəşfiyyat İdarəsinin peyki” kimi görünsə də, pərdə arxasında Fransanın kəşfiyyat peyklərindən məlumat və şəkillər oğurlayır. Mənbələr Fransa kəşfiyyat rəsmilərinin hadisədən xəbər tutduğunu və ABŞ-dan cavab gözlədiklərini bildirib. ABŞ isə heç bir açıqlama verməyib.

NATO-Rusiya rəqabəti

NATO-nun kosmosdakı peykləri Rusiyanın paytaxtı Moskva ətrafında hava və yerüstü müdafiə sistemlərini, yerləri və inventarını müşahidə edir. NATO mənbələrinə əsaslanan məlumata görə, NATO peykləri Rusiyanın son vaxtlar müharibə apardığı Ukrayna ilə sərhəddə uzaqmənzilli quru və hava raket sistemləri yerləşdirdiyini öyrənib. Həmçinin Moskva ətrafında raket və elektron müharibə konsentrasiyasının Ukraynanın İHA (silahlı pilotsuz uçuş aparatı) hücumlarından qorunmaq üçün yerləşdirildiyi düşünülür.

Çin ABŞ internetindən istifadə edib

ABŞ Müdafiə Nazirliyinə ( Pentaqon ) yaxınlığı ilə tanınan “Military.com” nəşri Çinin kəşfiyyat peykləri və hava şarlarının ABŞ-dan məlumat toplayarkən ABŞ internetindən istifadə etdiyini açıqlayıb. Əldə edilən məlumata görə, Çinin kəşfiyyat balonları üçün ABŞ-ın internet provayder şirkətlərinin infrastrukturundan istifadə edərkən, ABŞ Hərbi Hava Qüvvələri hava şarlarının dəqiq yerlərini və marşrutlarını öyrənə bilib. Bildirilib ki, fevral ayında Cənubi Karolina ştatı yaxınlığında Çin hava şarının F-22 qırıcısı tərəfindən vurulması da bu məlumat sayəsində mümkün olub.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur