06.05.24 | Bakı 13.03° C |
06:05:43
Lent :

Komaya düşən qalmaqallı bloqer ÖLDÜ

04:00 24.04.2024
GÜNDƏM
ads

Təxribat xarakterli nəşrləri ilə ad çıxaran məşhur bloger Lena Miro dünyasını dəyişib.

Publika.az xəbər verir ki, qadının ölümü barədə ilk olaraq şayiələr və dedi-qodular üzrə ixtisaslaşmış "Admin-Anshlak" "Teleqram" kanalı məlumat yayıb.

Lena Mironun Amerikada qəzaya uğradığı, komaya düşdüyü və daha sonra öldüyü iddia edilir.

"O, uzun müddət komada yatıb və bu yaxınlarda dünyasını dəyişib. Anası cənazə üçün ABŞ-a uçdu. Ata getmədi. Dedi ki, "karma onu üstələdi", bu onun öz günahıdır", - məlumatda deyilir.

Xatırladaq ki, Yelena Mironenko Rusiyanın Belqorod vilayətinin Starı Oskol şəhərində anadan olub. Məktəbdən sonra Voronej İnstitutunu bitirərək ingilis dilindən sinxron tərcüməçi işləyib. O, ziyafət təşkilatçısı kimi part-time işləyərək Londonda yaşamağa nail olub.

Hüseyn İbadlı


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az