29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Kobaxidze ABŞ-a səfər etməkdən imtina etdi: Vaşinqton tələb edib ki...

03 may 2024 05:00
GÜNDƏM
ads
Advertisement

Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərini ləğv etmək qərarına gəlib, çünki Amerika tərəfi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə baxılmasını dayandırmağı tələb edib.

Publika.az bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatına istinadla xəbər verir.

“Gürcüstanın baş naziri ABŞ-a bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl ölkə parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın.

Şərti səfərin həyata keçirilməsi etimad və qarşılıqlı hörmətə əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl Amerika səfiri Robin Dunniqan bildirib ki, Gürcüstan hakimiyyəti strateji tərəfdaşlıq məsələlərini müzakirə etmək üçün ABŞ-a səfər dəvətindən imtina edib.

Mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu ikinci oxunuşda qəbul edib . 83 deputat lehinə, 23 deputat əleyhinə səs verib. Qanunun maddə-maddə müzakirəsi iki gün davam edib. Qanuna iki həftədən sonra üçüncü oxunuşda baxılacaq.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur