Qızının sevgilisini öldürmək üçün qatilə 40 min dollar ödədiyi iddia edilən keşiş həbs edilib.
Publika.az xəbər verir ki, Kaliforniyanın “Riverside” Polis Departamentin (RPD) məlumatına görə, keçən ilin oktyabrın 21-də xəstəxanaya güllə yarası ilə daxil olan şəxslə bağlı polis bölməsinin detektivləri təqib araşdırması aparıblar və hadisənin qətl olduğunu öyrəniblər.
Yaralı şəxsin görüşdüyü qadının atası Viktorvildəki kilsənin keşişi Samuel Pasillasın qurbanı öldürməsi üçün killerə təxminən 40 min ödədiyi müəyyən edilib.
47 yaşlı Pasillas həbs edilib. İstintaq hələ də davam edir.
Roza Şəfiyeva