Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar dünya mətbuatında geniş yer alıb. Bir çox xəbər platforması Ərdoğanın “Ya bizimləsən, ya da bizə qarşı” mesajını verdiyini yazıb.
Publika.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib:
"İraq və Suriyada qanlı qatillər olduğu müddətdə rahat olmayacağıq. Əməliyyatlarımız davam edəcək. Önümüzdəki aylarda kimin nə dediyinə baxmadan bu istiqamətdə yeni addımlar atacağıq. Yeni əməliyyatlarla tək şəhidlərimizin qanının hesabını sormayacağıq, həm də gələcəyimizi təmin edəcəyik”.
"ABC News" bu xəbəri “Ərdoğan Suriya və İraqa qarşı əməliyyatları genişləndirməyə söz verib” başlığı ilə paylaşıb.
Roza Şəfiyeva