İranın Meybod rayonunda Parlament və Ekspertlər Şurasına seçkilər zamanı naməlum şəxsin imama bıçaqla hücumunun qarşısı alınıb.
Publika.az xəbər verir ki, bu barədə İranın “Həmşəhri” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, hücum edən şəxs orada olanlar tərəfindən zərərsizləşdirilib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Martın 1-də İranda parlament və Ekspertlər Şurasına seçkilər keçirilir.