29.04.24 | Bakı 15.03° C |
03:04:40
Lent :

Hakim vəzifəsinə namizədlər üçün bu tələb ləğv edilir

12:00 29.03.2024
GÜNDƏM
ads

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir.

Publika.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası da dəyişir.

Layihəyə əsasən, Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, prokurorun da uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malik olması təklif edilir.

Qeyd edək ki, qüvvədə olan qanuna görə zərər çəkmiş şəxs və müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) belə hüquqa malikdir.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az