08.04.25 | Bakı 16.03° C |
22:34:31
Lent :

Gülay onları polisə şikayət etdi

21 iyl 2024 08:00
GÜNDƏM
ads

Müğənni Gülay Zeynallı ona təhqir yazan sosial şəbəkə istifadəçilərini polisə şikayət edib.

Publika.az xəbər verir ki, buna səbəb ifaçının dediyi "Marketə gedib bazarlıq edən adamam, kompleksim yoxdur" sözləri olub. Tənqidlərə reaksiya verən Gülay bəziləri ilə bağlı şikayət ərizəsi yazdığını bildirib:

"Bu mövzuda son paylaşımımdı. Bəziləri yazır ki, sən kimsən? Deyim sizə? Paylaşımların altından 200, 300 şərh yazdığınız mənəm. Market söhbətinə gəldikdə isə: özümü siravi insanlarla yox, tanınmış insanlarla müqayisədə demişəm ki, kompleksiz insanam. Hər işimin arxasınca özüm gedirəm, işçilərim olsa belə. 10 faizi çıxmaqla hansı müğənni mağazaya gedir? Görən olur tez-tez. Heç biri. Çünki sənətçidirlər. Ona görə də bir şeyi düzgün başa düşün, sonra fikir bildirin. Onsuz da mənim fikrimi başa düşən düşüb. Bəzilərini də buradan başa salıram ki, o şərhə ayırdığınız zamanı həyatınız, evinizə ayırın.

Qeyd edirəm ki, dərinə gedib, artıq şərh yazanlar haqqında şikayət ərizəsi təqdim etmişəm".


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur