28.04.24 | Bakı 26.03° C |
14:04:45
Lent :

Füzuli şəhərinə növbəti köç karvanı yola salındı

08:00 29.03.2024
GÜNDƏM
ads

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Publika.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınacaq. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb.

Qeyd edək ki, indiyədək Füzuli şəhərində 666 ailənin, yəni 2 517 nəfərin daimi məskunlaşması təmin edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Xatırladaq ki, martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    26.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az