28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Fransa Senatı abort hüququ ilə bağlı qanun layihəsi qəbul edib

29 fev 2024 04:00
GÜNDƏM
ads

Fransa Senatı abort hüququnun konstitusiyaya daxil edilməsi ilə bağlı tək maddədən ibarət qanun layihəsi qəbul edib.

Publika.az xəbər verir ki, abort hüququ ilə bağlı qanun layihəsinə Senatda 50 nəfər “əleyhinə”, 267 nəfər “lehenə” səs verib. 22 senator səsvermədə bitərəf qalıb.

Fransa prezidenti Emmanuel Makron X sosial media platformasında verdiyi açıqlamada qanun layihəsinin martın 4-də Parlamentin iki palatasının bir araya gəldiyi Konqresdə müzakirə ediləcəyini açıqlayıb. Qanun layihəsi konstitusiyaya dəyişiklik edilməsini nəzərdə tutduğu üçün Konqresdə səsverməyə çıxarılmalıdır.

Qeyd edək ki, Fransa Konstitusiyasına abort hüququnun daxil edilməsi ilə bağlı bir maddədən ibarət qanun layihəsi yanvarın 30-da Milli Assambleyada qəbul edilib.

Fransada qadınlar qanuni olaraq hamiləliyin 14-cü həftəsinə qədər abort edə bilərlər.

Qanun layihəsi Konqresdən keçərsə, Fransa konstitusiyası abort hüququnu təmin edən ilk ölkə olacaq.

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur