29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ərdoğandan türk dövlətlərinə çağırış: Azərbaycanla biz qəbul etdik, siz də edin

06 noy 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası ortaq türk əlifbasına keçməyə hazırdır.

QÜTB.AZ xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Bişkekdə keçirilən 11-ci sammitində deyib.

Türkiyə prezidenti 34 hərfdən ibarət ortaq türk əlifbasının bu ilin sentyabrında qəbul edildiyini xatırladıb və bunu “tarixi addım” adlandırıb.

Ərdoğan ortaq türk əlifbasının qəbulunu türk dövlətlərinin gələcəyinə birgə addımın əlaməti kimi qiymətləndirib.

“Bundan sonra üzv ölkələr bu əlifbanı əsas götürərək öz kökünə qayıtmalıdırlar. Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə və Azərbaycan ortaq türk əlifbasına keçməyə hazırdır. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın yeni əlifbaya keçidlə bağlı təşəbbüs göstərməsi vacibdir”, - Ərdoğan deyib.

Tural

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur