28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Elmi cəhətdən sübut edildi: Stress bu xəstəliyə səbəb olur

26 fev 2024 11:00
GÜNDƏM
ads
Advertisement

ABŞ-ın Nyu-York şəhərindəki Cold Spring Harbor Laboratoriyasının alimləri müəyyən ediblər ki, xroniki stress neytrofillər adlanan ağ qan hüceyrələrinin yapışqan şəbəkələrinin meydana gəlməsinə səbəb olur və xərçəng hüceyrələrinin toxumaları işğal etməsini asanlaşdırır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma "Cancer Cell" jurnalında dərc olunub.

Komanda döş xərçəngi olan laboratoriya siçanları üzərində araşdırma aparıb. Siçanlar stressə məruz qaldıqda, xərçəngin yayılma riski 2-4 dəfə artıb. Tədqiqat stressin xərçəngin böyüməsinə kömək etdiyini təsdiqləsə də, ilk mərhələdə şişlərə səbəb olduğunu sübut etmir.

Stress immun sisteminin digər hissələrinə də təsir edir, məsələn, mühüm immun hüceyrələrin fəaliyyətini boğaraq, ağciyərləri xərçəng hüceyrələrinin çoxalmasına şərait yaradır.

Cold Spring Harbor Laboratoriyasından tədqiqatçı Dr. Xue-Yan He bildirib ki, stress xərçəng xəstələrində həqiqətən qarşısı alına bilməyən bir rih halıdır: "Sizə diaqnoz qoyulduqda, xəstəliyiniz, sığortanız və ya ailəniz haqqında düşünməyə bilmirsiniz. Buna görə də stressin üzərimizə necə təsir etdiyini başa düşmək çox vacibdir".

Siçanlarda döş şişləri və ağciyərlərinə yayılan xərçəng növləri müəyyən edilib. Tədqiqatlarda stress altında saxlanılan siçanlarda digər qrup siçanlarla müqayisədə şişlərin meydana gəlməsi, böyüməsi və ağciyərlərə yayılması qeydə alınıb.

Araşdırmanın həmmüəllifi Dr. Mikala Eqeblad isə bildirib ki, siçanlarda metastazda dörd dəfəyə qədər artım müşahidə edib.

Stress həmçinin T hüceyrələri və təbii öldürücü (NK) hüceyrələr kimi immun hüceyrələrin sayının azalmasına səbəb olur, eyni zamanda qan dövranı ilə dövr edən və şişlərə daxil olan neytrofillərin sayını artırır. Onlar həmçinin müəyyən ediblər ki, stress hormonu olan kortikosteron xərçəngin yayılmasına kömək edir və siçanların ağciyərlərində şişlərin yaranmasına səbəb olur.

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur