28.04.24 | Bakı 15.03° C |
05:04:03
Lent :

Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər

23:00 28.03.2024
GÜNDƏM
ads

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir.

Publika.az xəbər verir ki, bunu millət vəkili Aydın Hüseynov deyib.

O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır.

Millət vəkili hesab edir ki, qarşıdakı aylarda büdcəyə yenidən baxıla bilər. Onun fikrincə, 2024-cü ilin ortalarında maaş və digər sosial müavinətlərin yenidən artırılması da mümkündür. Çünki dövlət büdcəsində sosial hədəflər də mühüm yer tutur.

Millət vəkili onu da əlavə edib ki, əvvəlki illərdə də pensiya və sosial müavinətlərin bir ildə iki dəfə artırılması ilə bağlı qərarlar verilib.

Ətraflı "Xəzər Xəbər"in süjetində:


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az