06.05.24 | Bakı 13.03° C |
08:05:03
Lent :

Bu ölkədə əqli qüsurlu türkə qarşı ağlasığmaz tələ: Günahsız yerə 13 il həbsdə yatdı

17:00 24.04.2024
GÜNDƏM
ads

Almaniyada 9 yaşlı qıza qarşı cinayət törətməsi şübhəsi ilə həbs edilən türk əsilli əqli qüsurlu Ülvi Koçak 13 il sonra azadlığa buraxılıb.

Publika.az xəbər verir ki, Almaniyanın Bavariya şəhərində 23 il əvvəl o zaman 9 yaşında olan Peggy Knobloch dərsdən sonra müəmmalı şəkildə yoxa çıxıb. Hadisədən dərhal sonra polis qızı tapmaq üçün 3600 nəfəri sorğu-sual edib. Hadisə ilə bağlı 88 min səhifədən ibarət qovluq yaradılıb. Lakin heç bir nəticə əldə edilməyib.

Daha sonra polis Peggynin yaxın qonşusu, 1981-ci ildə keçirdiyi meningit xəstəliyindən əqli qüsurlu olan 22 yaşlı Ülvi Koçakı saxlayıb. İQ səviyyəsi 67 olan Koçak 40 dəfə vəkilsiz sorğu-sual edilib. Polisin verdiyi məlumata görə, o, 26 gündən sonra cinayəti törətdiyini etiraf edib. Qatil elan edilən əqli qüsurlu Koçak 2004-cü ildə ömürlük həbs cəzasına məhkum edilərək “Bayreuth” bölgə xəstəxanasının qapalı palatasına yerləşdirilib.

Koçakın ailəsi vəkilləri Michael Euler vasitəsilə qərara etiraz ediblər. Polis məmurunun “etiraf etməsən səninlə bir daha oynamayacağam” deyərək onu manipulyasiya etdiyi, Koçakın tez-tez zorakılığa məruz qaldığı məlum olub. Koçakın paltarında Peggynin qanının izlərinin olduğu iddia edilsə də, bunun yalan olduğu müəyyənləşib.

Minlərlə səhifəlik sübutu araşdıran Bamberq Ali Regional Məhkəməsi “Bayreuth” Regional Məhkəməsinin qərarını ləğv edib. Koçak 13 ildən sonra alqış sədaları altında sərbəst buraxılıb. Məhkəmə Koçaka 50 min avro təzminat ödənilməsinə qərar verib.

Roza Şəfiyeva


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az