31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Bu ölkə daha Rusiyadan neft almayacaq

09 fev 2024 06:00
GÜNDƏM
ads

Rusiya tədarükçüləri yüksək dərəcəli “Sokol” neftinin satışı üzrə müqavilələr bağlamağa çalışarkən Hindistanın neft emalı şirkəti “Bharat Petroleum Corp” (BPCL) tərəfindən imtina ilə üzləşiblər.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” şirkətdəki mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Qərbin sanksiyaları bu davranışın səbəbi olaraq qalır. Neftin bu növü bir barel üçün 60 ABŞ dolları səviyyəsində müəyyən edilmiş qiymət tavanından xeyli yuxarı satılır və bu, daha ucuz “Urals” sinfinə üstünlük verən alıcılara uyğun gəlmir. ABŞ məhdudlaşdırıcı tədbirlərə riayət olunmasına nəzarəti gücləndirdikdən sonra problemlər yaranmağa başlayıb.

BPCL rəhbəri Sanjay Khan əvvəllər bildirmişdi ki, şirkət Rusiyadan xammal almağı dayandırmaq niyyətində deyil, lakin qiymət məsələsi əsas olaraq qalır. Eyni zamanda, o vurğulayıb ki, Uralın tədarükü sabitdir və husilərin Qırmızı dənizdəki fəaliyyəti hələlik daşımaların həcminə təsir göstərmir.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur