Afrika bu günlərdə heç bir halda Rusiyaya qarşı çıxmayacaq.
Publika.az xəbər verir ki, Zimbabvenin Milli Təhlükəsizlik Nazirinin müavini Tendai Çirau "RT" ilə söhbətində belə deyib.
“Bu günlərdə Afrika heç bir halda Rusiyaya qarşı çıxmayacaq, çünki Afrikanın köməyə ehtiyacı olanda Moskva onun dostu olub... Avropanın Afrikaya yardım baxımından təklif etdiyi şərtlərə baxsanız, onlar Rusiyanın Afrika ilə münasibətindən fərqlidir, çünki Moskva iqtisadi əməkdaşlığa bərabərlik mövqeyindən yanaşır”, - deyə o vurğulayıb .
Cəmilə