Hər beşinci ukraynalı ailə ərzaq qıtlığı yaşayır.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) “X” sosial hesabında bildirilib.
Təşkilatın qışda 2,4 milyon insana aylıq həm ərzaq, həm də pul yardımı etdiyi qeyd edilir. Ümumilikdə Ukraynada yaşayan 14 milyon insanın humanitar yardıma ehtiyacı var. Birbaşa qida rasionu ilə yanaşı, nağd pul paylama proqramı da həyata keçirilir.
Son hesabata görə, 2023-cü ilin dekabrında ÜƏP ehtiyacı olan 600 minə yaxın insana müxtəlif formalarda nağd şəkildə təxminən 17,5 milyon dollar yardım ayırıb.