28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Baydendən Rusiya ilə bağlı

04 mar 2024 18:00
GÜNDƏM
ads

ABŞ Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Fərman imzalayıb.

Bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir ki, söhbət 21 fevral 2022-ci ildə hazırkı administrasiya, 20 sentyabr 2018-ci ildə Donald Tramp administrasiyası və 6 mart, 16 mart tarixlərində ABŞ-nin 44-cü prezidenti Barak Obama administrasiyasının Rusiya Federasiyasına qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdən gedir.

Sənədə əsasən bu sanksiyalar 6 mart 2024-cü ildən sonra daha bir il qüvvədə qalacaq.

“Milli Fövqəladə Hallar Aktının bir hissəsinə uyğun olaraq, Rusiyaya qarşı sanksiyaları bir il daha davam etdirirəm”, - Co Baydenin Fərmanında deyilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur