07.05.24 | Bakı 13.03° C |
00:05:18
Lent :

Bayden imzaladı, TikTok üçün geri sayım başladı: Səbəb prezident seçkiləridir?

11:00 25.04.2024
GÜNDƏM
ads

ABŞ-da aylardır müzakirə edilən TikTok qanunu ABŞ prezidenti Co Bayden tərəfindən imzalanıb.

Publika.az xəbər verir ki, 150 milyon amerikalının istifadə etdiyi sosial media platformasının ABŞ-dakı gələcəyi sual altındadır.

ABŞ prezident Co Bayden bu şirkətin 9 ay ərzində Amerika şirkətinə satılmasını tələb edən qanunu imzalayıb.

Çin şirkəti bu satışa razı olmasa, TikTok-un ABŞ-da yüklənməsi bloklanacaq. Tətbiq satış mağazalarından silinəcək və heç bir yeniləmə yayımlanmayacaq.

Vaşinqton siyasətində, xüsusən də Respublikaçılar arasında TikTok ilə bağlı şübhələr var. Digər şübhə isə Çinin TikTok vasitəsilə ABŞ prezident seçkilərinə təsir edəcəyi ilə bağlı narahatlıqdır.

Bu səbəbdən qanuna 100 yerlik Senatda 81 senator “hə” deyib.

Aysel Şahmar


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az