28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Bakı 4 kəndlə bağlı hansı addımı atacaq?

11 mar 2024 18:00
GÜNDƏM
ads
Advertisement

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf.com-un suallarını cavablandırıb.

Publika.az onunla müsahibəni təqdim edir:

- Elmar müəllim, Qazaxın anklav olmayan 4 kəndinin boşaldılması ilə bağlı Azərbaycanın tələbi hələ də Ermənistan tərəfindən icra edilməyib. Qarşı tərəf prosesi nə vaxta qədər uzada bilər? Bu halda Bakının hansı addımı atacağı ehtimal edilir?

- Gec-tez bu kəndləri Ermənistan tərəfi qaytarmalıdır. Sadəcə olaraq burada erməni tərəfinin iddiaları var. Onlar guya hansısa yüksəkliklərin Azərbaycanın nəzarətində olduğunu iddia edirlər. Bu məsələlər sözsüz ki, danışıqlar mövzusudur. Eyni zamanda anklavlarla bağlı məsələ öz həllini tapmalıdır. Burada qarşılıqlı güzəştlər əsasında müəyyən addımların atılması mümkündür. Çünki anklavlarla bağlı əsas amil təhlükəsizlikdir. Yerli əhalinin həmin kəndlərə qayıdışından sonra burada təhlükəsizliklə bağlı vacib işlər görülməlidir. Anklavlara qayıdacaq sakinlərin yanında adambaşı əsgər saxlamaq məntiqi belə işə yaramır. Əkin-biçinlə məşğul olacaq kənd camaatının təhlükəsizliyi burada başlıca amildir.

- Hindistanın ardıcıl olaraq Ermənistanı silahlandırması daha çox diqqət mərkəzindədir. Dehlinin İrəvanla bu qədər yaxınlaşması hansı amillərlə bağlıdır?

- Azərbaycanın dost dövlət Pakistanla olan sıx əlaqələri bu məsələdə əsas təsiredici amildir. Hindistan tərəfi Azərbaycanla Pakistan arasında olan sıx əməkdaşlığa qısqanclıqla yanaşır. Ermənistanla indiki halda olan sıx əməkdaşlıq da bu kontesktdə şərh olunmalıdır. Eyni zamanda Hindistan özü üçün satış bazarı tapıb. İqtisadi baxımdan bu, Dehli üçün sərfəlidir. Hindistan, sözsüz ki, silahları Ermənistana pul qarşılığında verir. Onlardan soruşanda da deyəcəklər ki, biz silahları Ermənistana elə-belə vermirik. Bu, satış məqsədi ilə olan bir məsələdir”.

- Azərbaycan üçün Hindistan silahları nə dərəcədə təhdid yarada bilər?

- Hindistanın verdiyi silahlar bölgə dövlətləri, o cümlədən Azərbaycan üçün təhlükəsizlik baxımından ciddi təhdid hesab edilmir. Ermənistan bu imkanlardan çox uzaqdır. Kimin onlara nə silah verib-verməməsi reallığı dəyişə bilməz.

- İran-Fransa yaxınlaşması ilə bağlı bəzi detallar üzə çıxıb. Avropanın bütövlükdə Tehrana qarşı olan birmənalı münasibəti fonunda Parisin İranla işbirliyi nəyə hesablanıb?

- Avropa İttifaqının ümumi strategiyası var. Onlar Cənubi Qafqazda mövqelərini gücləndirmək istəyirlər. Fransa Avropa İttifaqının Ermənistanda rolunun gücləndirilməsində maraqlıdır. Burada əsas məqsəd mümkün qədər Rusiyanın bölgədəki nüfuzunu zəiflətməkdir. Digər yandan İran bu regionda öz faktorluğunu saxlamağa çalışır. Tehran hazırda regionda olan siyasi xətti izləyir. Əslində, Avropa İttifaqı bölgəyə kəşfiyyat xarakterli missiya göndərib. NATO üzvü olan Fransanın İranla əlaqələrinin olub-olmaması heç nəyi dəyişmir. Bu, bir növ İranın siyasətini izləmək üçün açıq gedişdir. Beləliklə, Rusiya ilə yanaşı, İran da Qərbin kəşfiyyat şəbəkəsinin nəzarətində olur.

- Rusiya-Ermənistan gərginliyi ilə bağlı fərqli gözləntilər var. Zvartnos hava limanından rus sərhədçilərinin çıxarılması ilə bağlı erməni rəsmiləri açıq tələb irəli sürüb. Proseslərin bu məcrada inkişafı tərəflər üçün nə vəd edir?

- Ermənistanın indiki rəhbərliyi ölkədə Rusiyanın nüfuzunu mümkün qədər zəiflətməyə çalışır. Çünki onlar Qərbə doğru istiqamət götürdüklərini iddia edirlər. Bu istiqamətdə açıq gedişlər etməsələr də, Qərblə əlaqələri daha çox gücləndirmərk niyyətləri var.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur