05.05.24 | Bakı 15.03° C |
21:05:52
Lent :

Azərbaycanda elektron siqaretin istifadəsi qadağan edilir

14:00 23.04.2024
GÜNDƏM
ads

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda elektron siqaretin istifadəsinin qadağan olunmasını təklif edib.

Publika.az xəbər verir ki, komitə sədri parlamentin bugünkü çıxışında bildirib ki, dünyanın bir çox ölkələrində bu siqaret növü getdikcə qadağan edilir.

T.Mirkişili apardığı araşdırmaya görə, elektron siqaret gənclər arasında geniş yayılan, dəb, moda halını alan amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq siqaret çəkmək növüdür:

“Əgər xanım sədr siz də icazə versəydiniz, Aqrar siyasət komitəsi ilə kiçik araşdırma aparardıq. Əksər ölkələrdə bu, qadağandır. Azərbaycanda buna qadağa yoxdur və il ərzində təxminin 3 milyona yaxın birdəfəlik elektron siqaret ölkəyə idxal olunur. Əgər iqtisadi cəhətdən bu zərər verməzsə və ya digər məsələlər önə çıxmazsa biz bu məsələ ilə bağlı təşəbbüslə çıxış edə bilərik”.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az